Menu

Donald Tramp və Kim Çen İn sənəd imzalayıblar

12.06.2018, 09:55
Donald Tramp və Kim Çen İn sənəd imzalayıblar

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen İn Sinqapurda keçirilən görüşün yekunlarına dair sənəd imzalayıblar.

"Report"un məlumatına görə, Tramp görüşə görə Kim Çen İnə təşəkkür edib və görüşün əhatəli olduğunu qeyd edib.

"Biz daha artığını etmək istəyirik", - deyə Tramp sənədin imzalanmasından sonra bildirib.

Jurnalistlərin Kim Çen İni Ağ Evə dəvət etməklə bağlı sualına ABŞ prezidenti "Əlbəttə, dəvət edəcəyəm" deyib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol