Menu

Avropa İttifaqının nümayəndəsi İtaliya hökumətinin TAP-la bağlı qərarını şərh edib

14.06.2018, 15:10
Avropa İttifaqının nümayəndəsi İtaliya hökumətinin TAP-la bağlı qərarını şərh edib

"Avropa İttifaqı (Aİ) üçün Trans-Adriatik Boru Kəməri (TAP) layihəsi ilə bağlı hökumətlərarası müqavilə mövcuddur. Əgər müqavilə varsa, o, həyata keçirilməlidir".

Bunu "Report"a açıqlamasında Aİ-nın Azərbaycandakı nümayəndəliyinin rəhbərinin müavini Denis Daniilidis İtaliyanın Ekologiya Nazirliyinin TAP layihəsini yenidən nəzərdən keçirməyin vacibliyi barədə bəyanatını şərh edərkən deyib.

"Əlbəttə, əgər yeni İtaliya hökuməti bu müqavilənin hansısa müddəasını dəyişdirmək istəyirsə, bunun üçün qanuni üsullar var. Bu, olsa, o zaman baxarıq", - diplomat bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol