«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, NATO-nun Baş katibi Yens Stoltenberq hesab edir ki, Amerika Birləşmiş Ştatları (ABŞ) transatlantik birliyə əvvəlki kimi sadiqdir, Avropada ABŞ-ın iştirakı artır və bunlar özlüyündə, hər-hansı bəyanatdan yaxşıdır.
Cümə axşamı Xorvatiya Prezidenti Kolido Qrabar-Kitaroviçlə keçirdiyi birgə mətbuat konfransında jurnalistlər Stoltenberqdən soruşublar ki, ABŞ Prezidentinin G7 sammitinin yekun bəyannaməsini imzalamamasını necə qiymətləndirir?
«Prezident Donald Tramp və ABŞ NATO-nun transatlantik əlaqələrinə sadiqdirlər - bu, dəfələrlə birmənalı şəkildə bəyan olunub. ABŞ-ın transatlantik əlaqələrə və NATO-ya yönəlik öhdəlikləri təkcə eşitdiklərimizdən ibarət deyil - biz, bunu yerlərdə konkret fəaliyyətdə görürük. İşlər isə daha hündürdən deyir, nəinki sözlər. Biz görürük ki, ABŞ hazırda Avropada öz iştirakını genişləndirir. Burada çoxlu təlimlər, güc - Avropanın təhlükəsizliyi üçün daha çox investisiya...» - deyə, Stoltenberq bəyan edib.
«Mən, etiraf edirəm - ökeanın hər iki tərəfində dövlətlər arasında fikir ayrılıqları var, amma bunda heç bir yenilik yoxdur, bunu əvvəllər də görmüşük» - alyans rəhbəri əlavə edib. O, qeyd edib ki, ilk növbədə, müttəfiqlərin alyansın əsas tapşırıqları ətrafında birləşmək qabiliyyəti olduqca vacibdir.


Şərhlər