Menu

Seul və Pxenyan hərbi rabitə xəttini bərpa edirlər - Razılıq əldə olunub

15.06.2018, 00:33
Seul və Pxenyan hərbi rabitə xəttini bərpa edirlər - Razılıq əldə olunub

«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Şimali və Cənubi Koreyaların nümayəndələri müdafiə idarələri arasındakı danışıqlar zamanı şərqi və qərbi hərbi rabitə xətlərini tam bərpa etmək barədə razılığa gəliblər. Bu barədə «Renxan» agentiyi xəbər verib.

Bundan başqa, Seul və Pxenyan Sarı dənizdə silahlı insidentlərin qarşısının alınması barədə 2004-cü il sazişinin icra olunması istiqamətində də razılıq əldə olunduğunu bəyan ediblər.

Tərəflər həm də birləşmiş təhlükəsizlik zonasındakı Pxanmundj məntəqəsindən hərbçilərin çıxarılması barədə fikir mübadiləsi aparıblar.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol