Menu

Sabirabad və Lənkəranda çətənə kolları aşkarlanıb

15.06.2018, 17:32
Sabirabad və Lənkəranda çətənə kolları aşkarlanıb

Sabirabad və Lənkəranda çətənə kolları aşkarlanıb.

DİN-dən Trend-ə verilən məlumata görə, Sabirabad RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini Dəyanət Həsənovun yaşadığı evin həyətindən kultivasiya yolu ilə yetişdirilmiş 13 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Lənkəran ŞRPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə Şilavar kənd sakini Əfqan Əzizova məxsus həyətyanı sahədən kultivasiya yolu ilə yetişdirilmiş 14 ədəd çətənə kolu aşkar edilərək götürülüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol