Menu

Dənizdə 1 nəfər batıb - Axtarış aparılır

16.06.2018, 09:38
Dənizdə 1 nəfər batıb - Axtarış aparılır

Xəzər dənizində bir nəfər batıb.

FHN-dən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə 1967-ci il təvəllüdlü Niyazov Vidadi Əlibala oğlunun Sumqayıt şəhərində dənizdə batması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub. Əlavə məlumat veriləcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol