Bayram günü Azərbaycanın daxili işlər orqanları tərəfindən 91 cinayət faktı qeydə alınıb, onların da 24-ü “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 9 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 2 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
İyunun 15-də ölkənin avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölüb, 4 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 22 nəfər saxlanılıb.


Şərhlər
inkisaf etmis dunyəvi huquqi dovlətlərin hec birində 50-100 manat borcu olan vətəndaslar nə icra məmurlari tərəfindən və nə də ki polis tərəfindən saxlanilaraq polis bolməsində saxilanmirlar. axtarisa veriməsi qaydalarina gəlincə adi telefon danisiq borcu 30 manatdan cox olan vtəndaslarimiz icra məmurlarinin əksər hallarda hazirladiqlari saxta akt və ya digər sənədlər əsasinda polisə gondərilir və pasport xidməti də eyniylə muvafiq qaydalara əməl etmədən dərhal axtaris verib stop qoyur.belə axtaris olurmu?