Braziliyanın sabiq prezidenti Luis da Silva hazırda cəza çəkdiyi həbsxanadan Braziliya yığmasının Dünya Çempionatındakı oyunlarını şərh edəcək.
"AzPolitika.info" xarici KİV-ə istinadla bildirir ki, bu barədə onunla müqavilə bağlayan Braziliyanın REDE TV kanalı öz rəsmi Facebook səhifəsində açıqlama yayıb. Ölkəsinin "Korintias" klubunun azarkeşi olan məhbus prezident yığmasının oyunu ilə bağlı şərhlərini öz kamerasında lentə alaraq, sözügedən telekanala göndərəcək və oyundan sonra həmin şərhlər efirə veriləcək.
İlk şərhin iyunun 18-də İsveçrə ilə oyundan sonra veriləcəyi bildirilir.
Xatırladaq ki, Luis da Silva korrupsiyada ittiham edilərək, 12 il müddətinə azadlıqdan məhrum olunub.


Şərhlər