Menu

DEPUTATIN BACISI OĞLU AVTOQƏZADA ÖLDÜ - Hacıqabuldakı dəhşətli qəzanın təfərrüatı

18.06.2018, 22:38
DEPUTATIN BACISI OĞLU AVTOQƏZADA ÖLDÜ - Hacıqabuldakı dəhşətli qəzanın təfərrüatı

Hacıqabulda baş verən qəzada ölən və xəsarət alan var.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, qəza Bakı-Qazax magistralının 115-ci kilometrliyində Hacıqabul şəhəri ərazisində qeydə alınıb.

“Tofaş” markalı "10 CC 011" dövlət nömrə nişanlı avtomobil sərt döngədə dəmir arakəsməyə çırpılıb.

Nəticədə sürücü - Lerik rayon sakini, 1990-cı il təvəllüdlü Şahpələngli Emil Sultanağa oğlu hadisə yerində ölüb, 6 yaşlı oğlu Əli isə xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

***

iqbal

"AzPolitika.info"ya daxil olan məlumata görə, qəzada həlak olan 28 yaşlı Emil Şahpələngli deputat İqbal Məmmədovun bacısı oğludur.  

Allah rəhmət eləsin!

Şərhlər

Lerikli 2018-06-18 22:38:09

Deputat İqbal Məmmədovun haramla arası saz olduğu üçün Allah onun özünə .... Çox gəncin haqqın yeyib, pislik edib. Keçən il bu vaxt onun Lerikdə broyler fabriki partladı. İki nəfər günahsız insan öldü. .. Alla gənc qardaşa rəhmət estsin.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol