Menu

Kadırovdan ABŞ-a cavab: "Şimali Qafqazda təhlükə..."

18.06.2018, 23:28

ramzan_kadirov1Çeçenistan rəhbəri Ramzan Kadırov ABŞ Dövlət Departamentinin Rusiyada keçirilən DÇ ilə bağlı xəbərdarlığına münasibət bildirib.

Axar.az xəbər verir ki, Kadırov ABŞ-ın terrorla bağlı narahatlığının əsassız olduğunu deyib.

“Təşkil olunmuş turnirə dünyanın bir çox ölkəsindən azarkeşlər gəlir. Rusiya və Şimali Qafqaz ölkələri də onları ən yaxşı şəkildə qəbul edir. ABŞ-ın və Qərb mediasının bu çıxışı nifrət xarakteri daşıyır”, - Kadırov bildirib.

Qeyd edək ki, ABŞ Rusiyada keçirilən Futbol üzrə Dünya Çempionatına getmək istəyən vətəndaşlarına terrorla bağlı xəbərdarlıq edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol