AXCP sədri nəyi və niyə “təkzib” edir?...

Alqış HƏSƏNOĞLU

Günümüzun gerçəkliyi belədir: Müdafiə nazirliyimiz erməniləri, AXCP sədri Müdafiə nazirliyimizi təkzib edir.

Paradoksal vəziyyətdir... Bəlkə də paradoks-filan heç nə yoxdur...

Hərbi Hava Qüvvələrimiz erməni mətbuatına cavab verib: “Radiolokasiya stansiyaları ölkəmizin hava məkanını daim nəzarətdə saxlayır, hərəkət edən bütün aviasiya vasitələri izlənilir... İyunun 16-sı və 17-də xüsusi vasitələrlə çəkilmiş Xocalı aeroportunun foto və video görüntülərində qırıcı təyyarənin olması müşahidə edilmir”.

Əlbəttə, bəri başdan bəlliydi ki, Xankəndi üzərində düşmən qırıcılarının uçuşu barədə deyilənlər məqsədyönlü dezinformasiyadır.

Amma bu dezinformasiyaya rəsmi İrəvan göz yumur.

Erməni müdafiə nazirliyi cınqırını çıxarmır.

Hərbi və mülki dairələr yalanı ictimaiyyətə ötürən mənbənin ağzından vurmur.

Heç bir müxalifətçı erməni çıxıb demir ki, bu Paşınyan iqtidarının növbəti şousudur.

Bir sözlə, ermənilər, iqtidarlı-müxalifətli, bir nəfər kimi öz mətbuatının (və hakimiyyətinin) yalanına sahib çıxır . Cünki bu yalan erməninin ümumi amalına və işinə xidmət edir. Ola da bilər ki, erməni ictimai fikrində yaranmış “11 min hektarlıq boşluğu” kompensasiya etməyə hesablanıb...

Bizdə əksinədir.

Erməni yalanlarını cilalamaq bir yana...

Hərbi-siyasi həqiqətlərimizi yalana çıxarmaq üçün cəhd edilir...

Bir neçə gün öncə Şərur rayonunun Günnüt kəndi daxil, on bir min hektar ərazinin Naxçıvan hərbi birləşmələrinin nəzarətinə keçməsi haqda rəsmi məlumat verilir.

Məlumatın mürəkkəbi qurumamış “təkzib” gəlir.

Hardan gəlsə yaxşıdır?

Azərbaycan Xalq Cəbhəsi Partiyasından!

Partiya sədri yazır: "Naxçıvanda guya 11 min hektar torpaq sahəsinin Ermənistanın işğalından azad edilməsi haqda məlumat yalan idi. Bütün yalanlar kimi, bu da tez ifşa olundu. Məlum oldu ki, heç bir döyüşdən, torpaq azad etməkdən söhbət getmir".

Bu, “iqtidarın şousudr” deyən AXCP sədri sual verir: “25 il ərzində bizə aid olan torpaqlar nəyə görə postları irəli çəkməklə nəzarətə götürülmürdü?”

Sualın çox sadə və dəqiq cavabı var: Bölgədə və cəbhədə hərbi-siyasi vəziyyət Azərbaycanın xeyrinə dəyişir.

Və Azərbaycan Ordusu vəziyyəti məqamında dəyərləndirir.

Ön mövqelərimiz irəliləyib, hərbi postlarımız qabağa çəkilib.

İtkiyə məruz qalmadan, şəhid vermədən.

Bunun harası şoudur ki?

Azərbaycan ordusu 5 km yox, hətta bir metr belə irəliləyirsə, bu, ərazisinin iyirmi faizi işğal altında olan xalqın qəlbində fantastik və romantik duyğular oyadır, onun düşüncəsinə və yaddaşına təravət gətirir.

Bu hadısəni “şou” adlandırmaq yeni postunda və yeni səngərində hələ yerini isitməmiş Azərbaycan Əsgərinə arxadan açılan atəşdir .

Azərbaycan Ordusunun kölgəsini qılınclamaq nə vaxtdan bəri müxalifətçilik hesab olinur?

Öz MilLi Ordusuna qarşı çıxmağın adı nədir?

Liderin nitqində, hər kiçik addımında, hər kiçik açıqlamasında məğrur bir təmkin və alicənablıq olmalı.

Bu, siyasi liderliyin əlifbasıdır.

Yoxdursa, ambisiyalar onun özünü və partiyasını içəridən dağıdıb yeyər və çökdürər..

(1812-ci ildə Rusiya ilə müharibəni uduzmuş Napoleon Parisə qayıdarkən 5 milyonluq şəhər əsir düşməkdən güc-bəla ilə xilas olmuş az saylı, həm də məğlub fransız əsgərini və onun məğlub komandanını gül-çiçəklə, ayaq üstdə qarşılayırdı. Tarixçilər qeyd edir ki, mövcud olduğu müddətdə Paris belə təntənə yaşamamışdı...)

Qələbənin müqəddəm şərtidir - qalib gəlmək istəyirsənsə, Əsgərini həmişə qəhrəman kimi təsəvvür etməyi bacarmalısan.

“Hüququndan keçən” hər bir Azərbaycan Əsgəri bir Qəhrəmandır!...

Təəsüf ki, erməni tezislərinin yerli KİV-lər və yerli “mütəxəssislər” tərəfindən tirajlanması ilk deyil.

Bir dəfə “ermənilər deyir ki, biz Yevlaxa qədər gəlib çıxacağıq” statusunu yazan sosial şəbəkə istifadəçisinə etirazımı bildirmişdim:

“Niyə erməninin təsirinə düşürsünüz ki... Azərbycan prezidenti deyir ki, biz İrəvana, Zəngəzura, Meğriyə qayıtmalıyıq. İlham Əliyevin fikirlərini paylaşın”.

Həmin sosial şəbəkə istifadəçi mənə yazmışdı ki, müəllim bu bizə sərf eləmir...

Niyə sərf eləmir?

Siz azərbaycanlı deyilsiniz ki?

635x100

Şərhlər

Alqish beye 2018-06-20 14:20:38

Alqish bey anlayirmi ki, onun her yazisi ona yalan oldugundan qargish getirir

т.сафаров. 2018-06-20 14:20:38

Фантастик романтик дуйгулар...... Niyə axı bunlar real hərbi qələbəri istəmirlər...

t.ədalət 2018-06-20 14:20:38

Köhnə palan içi tökmək kimə lazımdır?Biz çalışmalıyıq ki,ölkə vətəndaşlarını ikiyə bölən mənhus iqtidar-müxalifət bölgüsünə son qoyulsun!Dünyanın heç bir ölkəsində xalqı iki yerə bölmürlər.Alqış müəllim,Sizin yazılar bizim birliyi yaralayır....Məsələn,ilk vaxtlar bizim XİN deyirdi ki,Xocalı aeroportunun işləməsinə imkan verməyəcəyik.Nə oldu?Aeroport da işlədi,ora enən erməni təyyarələrinin sayı da artdı.Yalan o qədər çoxalıb ki,inama yer qalmayıb..

G.M 2018-06-20 14:20:38

Ətağa cəddi...Alqış mallımın bu boyda canfəşanlığı bircə şeyi özündə etiva edir...``Mən də varam``.Ə.Kərimlinin bostanına daş atır ki,bəlkə ``yuxarıların`` diqqətini cəlb eləsin.

yusif-1313 2018-06-20 14:20:38

Azərbaycanin öz ərazisində hərbi postlarin irəli cəkilməsi torpaqlarin işğaldan azad olunmasi kimi başa düşünülürsə Alqiş düz deyir.

Sus 2018-06-20 14:20:38

Niyə indiyə kimi demirdiniz ki,Naxçıvandan bizim əraziləri ermənilər "filan" vaxtı işğal ediblər? Sənin ki, bilirsən nədir?-Yetimin papağını aldılar və sonra qaytarıb başına qoydular.Yazıq yaman sevindi.Azpolitika çox xahiş edirəm bunu olduğu kimi ver!

Son yazılar