Menu

DÇ-2018: İki komanda 1/8 finala vəsiqə qazanıb

20.06.2018, 21:09
DÇ-2018: İki komanda 1/8 finala vəsiqə qazanıb

Misir və Səudiyyə Ərəbistanı yığmaları növbəti mərhələ şanslarını itiriblər

Rusiyada keçirilən futbol üzrə dünya çempionatının A qrupunda ikinci turun oyunlarına yekun vurulub.

"Report"un məlumatına görə, Uruqvay millisi Səudiyyə Ərəbistanı ilə üz-üzə gəlib.

Qarşılaşma Uruqvayın 1:0 hesablı qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 23-cü dəqiqədə Luis Suares vurub.

Bu nəticədən sonra xallarının sayını 6-ya çatdıran komanda Rusiya millisi ilə birgə 1/8 final mərhələsinə vəsiqəni təmin edib. İki oyuna xal toplaya bilməyən Misir və Səudiyyə Ərəbistanı yığmaları növbəti mərhələ şanslarını itiriblər.

DÇ-2018, A qrupu, II tur

19:00. Uruqvay - Səudiyyə Ərəbistanı 1:0

Qol: Luis Suares, 23

Hakimlər: Kleman Turpen, Nikola Dano, Siril Qrinqor (hamısı Fransa), Con Pitti, Qabriel Viktoriya (hər ikisi Panama)

Rostov-Don, "Rostov Arena"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol