«AzPolitika.info» xarici KİV-ə istinadla xəbər verir ki, Türkiyə Amerika Birləşmiş Ştatlarından (ABŞ) 2 ədəd beşinci nəsil F-35 «Lockheed Martin» qırıcı-bombardmançı təyyarəsini vəd olunmuş tarixdə alıb. Bu barədə istehsalçı şirkətin həyata keçirdiyi birbaşa translyasiyada xəbər verilib.
Bundan əvvəl, Türkiyə müdafiə sənayesi katibliyinin nümayəndəsi xəbər verib ki, ilk çoxtəyinatlı F-35 zərbə qırıcısının təhvil verilməsi mərasimi ABŞ-ın «Lockheed Martin» şirkətində (Texas ştatı, Fort-Uerte şəhəri) keçirilib.
Birbaşa yayımın gedişində şirkətin rəsmi YouTube-kanalında qırıcılar Türkiyə tərəfinə verilib. Tədbirdə Türkiyə hərbçiləri və istehsalçı şirkətin nümayəndələri iştirak ediblər.
«Bu, texnoloji irəliləyişin, ustalığın və həmkarlığın bayramıdır və onun kulminasiyası qırıcıların Türkiyə hökumətinə təhvil verilməsi olacaq» - deyə, mərasimin gedişində şirkətin aeronavtika üzrə vitse-prezidenti Orlando Karvalo bəyan edib.
Sonra həmin 2 təyyarə Arizona ştatındakı Lyük bazasına yola düşəcək və orada Türkiyə ekipajlarının təlimi keçiriləcək. Plana uyğun olaraq, Ankara ABŞ-dan 100-dən artıq F-35 təyyarəsi alacaq.
Beləliklə, F-35 qırıcılarının Türkiyəyə verilməsi məsələsində ABŞ-ın kompromisə getməsi və Türkiyənin iradə nümayiş etdirməsi bütün intizarlara son qoymuş oldu.


Şərhlər