Kənd təsərrüfatı naziri İnam Kərimov taxıl biçini zamanı kombayn çatışmazlığına münasibət bildirib. APA-nın məlumatına görə, nazir deyib ki, hazırda ölkədə taxıl biçinində 2200-ə yaxın kombayndan istifadə olunur: "Bunlardan 632 texnika "Aqrolizinq" ASC tərəfindən servis kimi fəaliyyət göstərir. 750 kombayn lizinqə verilib, digər 740-ı isə özəl şəxslər tərəfindən istifadə olunur. Hesab edirik ki, kombaynların sayının artırılmasına ehtiyac var".
Onun sözlərinə görə, artıq "Aqrolizinq" ASC tərəfindən kombaynların alınması ilə bağlı sifarişlər verilib: "Bilirsiniz ki, bu proses uzun çəkir. Bu il məhsuldarlıq bol olduğu üçün texnika qıtlığı müşahidə edirik. Hesab edirəm ki, gələn il yeni texnikalar gəldikdən sonra biz bu problemlə üzləşməyəcəyik. Eyni zamanda, gələn mövsümə kimi texnikaların idarə edilməsində yeni kommunikasiya texnologiyalarından istifadə etməyə çalışacağıq. Çalışacağıq ki, tezliklə fermerlər onlayn qaydada mövcud texnikaları sifariş verə bilsinlər".


Şərhlər
Çox orijinal cavab: "məhsuldarlıq bol olduğu üçün texnika çatışmır". Bravo cənab nazir!
Sən demə kəndçinin bol məhsul yetişdirməyi çox ziyanlı imiş.
Lap ureyim agridi bu nazire. Axi bunun ne gunahi var bu eziyyetleri cekir? Huquqsunas savadli adam qalib kend teseruffatcilarin elinde. Bu sahe bunluq deyil hecvaxt idare ede bilmez. Gunahsiz savadli adam gunaha batir ish bilmez bir adam kimi qeleme verilir. Her halda getek her kes bacardigi isi gorsun
Aqrolizinqin filiallarında Çin və Rus istehsalı yüzlərlə
kombayın yatır.Niyə həmin kombayınları ucuz qiymətə
əhaliyə satmırlar.Ona görə də bu gün bir hektar taxıl sahəsini
45-50 manata biçirlər.
Aqrolizinqin filiallarında Çin və Rus istehsalı yüzlərlə
kombayın yatır.Niyə həmin kombayınları ucuz qiymətə
əhaliyə satmırlar.Ona görə də bu gün bir hektar taxıl sahəsini
45-50 manata biçirlər.
Kombaynlarin sayini artirmaqla deyil!!! aqrolizinqda olan korrupsiyani dayandir cenab inam kerimov. Bicinin resmi rusumundan 50% artiq bicin pulu hesabliyir aqrolozing. Kimin cibine gedir bu pullar onu arasdirin. Netice? Netice kendci nece zulmnen ekirse elede zulmlen bicir. Yenede kendci ziyan cekir...