Menu

Xaçmazda kütləvi dava: 1 ölü, 2 yaralı

24.07.2014, 01:55
Xaçmazda kütləvi dava: 1 ölü, 2 yaralı

İyulun 23-də, axşam saatlarında Xaçmaz şəhərində kütləvi dava baş verib.APA-nın məlumatına görə, nəticədə 1 nəfər bıçaqlanaraq öldürülüb, 2 nəfər yaralanıb.

Hadisənin mübahisə zəminində baş verdiyi bildirilir. İnsident zamanı Xaçmaz şəhər sakini, 1990-cı il təvəllüdlü Əhmədov Elşən Elçin oğlu aldığı yaralardan dünyasını dəyişib.

Digər bıçaqlanan şəxslər, 1992-ci il təvəllüdlü İsayev Emil Zakir oğlu və 1975-ci il təvəllüdlü Cəbrayılov Eyvaz Eynulla oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya çatdırılaraq əməliyyat olunublar, vəziyyətləri orta ağır kimi qiymətləndirilir.

Hadisəni törədən şəxslər hadisə yerindən qaçıblar. Hazırda cinayətkarların tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir. Faktla bağlı Xaçmaz rayon Prokurorluğunda araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol