Menu

"Neftçi" - "Uypeşt" matçının başlama saatı açıqlanıb

25.06.2018, 13:07
"Neftçi" - "Uypeşt" matçının başlama saatı açıqlanıb

"Neftçi" və Macarıstanın "Uypeşt" komandaları arasındakı Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyununun stadionu və başlama saatı müəyyənləşib.

"Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyulun 12-də təşkil olunacaq qarşılaşma saat 21:00-da start götürəcək. Matç Bakının Mərdəkan qəsəbəsindəki "Dalğa Arena"da keçiriləcək.

Qeyd edək ki, hələlik UEFA cavab görüşünün başlama saatını açıqlamayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol