Menu

Generalın arvadı da həbs olundu

25.06.2018, 17:46
Generalın arvadı da həbs olundu

Ermənistanda ordudakı korrupsiya faktları ilə bağlı həbs olunan general Manvel Qriqoryanın arvadı Nazik Əmiryan da həbs olunub.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan Xüsusi İstintaq Komitəsi məlumat verib.

İyunun 19-da hərbi ehtiyaclar üçün istehsal olunan konservlərin də olduğu yük maşınları ələ keçirilmişdi.

Yük maşınlarının sürücüləri bu barədə göstərişi Manvel Qriqoryanın həyat yoldaşı Nazik Əmiryandan aldıqlarını etiraf etmişdilər.

Şərhlər

Məhəmməd 2018-06-25 17:46:03

Azərbaycanda isə milyardlarla rüşvət al, oğurla,mənimsə,xaricə köçür və sonra da rahat gəz,yaşa! Qəribədir,deyilmi? Sorgu yox,Belələrinə qanun yox.Bir kasıb ac qalıb bir toyuq oğurlayanda polis əjdaha kimi cumur.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol