Menu

Azərbaycanda HDP-yə 25,8% səs verilib

25.06.2018, 19:28
Azərbaycanda HDP-yə 25,8% səs verilib

Ötən gün Türkiyədə keçirilən növbədənkənar prezident və parlament seçkiləri ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində təşkil olunan seçki məntəqəsində baş tutan səsvermənin nəticələri məlum olub.

"Report" xəbər verir ki, Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 38,5%-i Rəcəb Tayyib Ərdoğana səs verib.

Onun CHP partiyasından olan əsas rəqibi Muharrem İnce Azərbaycanda yaşayan Türkiyə vətəndaşlarının 33,8% səsini qazanıb. HDP-nin namizədi Selahattin Demirtaş səslərin 12%-ni, İYİ Partiyadan Meral Akşener 7,9%-ni toplayıb. Digər namizədlər - Doğu Perinçekə və Temel Karamollaoğluna isə səs verən olmayıb.

Türkiyənin Gəncə və Naxçıvan şəhərlərindəki Baş Konsulluqlarında seçki məntəqələrində də R.T.Ərdoğan daha çox səs toplayıb (müvafiq olaraq, 52,1% və 44,8%). Bu seçki məntəqlərindəki səsvermədə M.İncenin topladığı səs faizləri isə müvafiq olaraq, 32,4% və 38,8% olub.

Parlament seçkilərinə gəlincə, burada 31,7% səslə AKP qələbə çalıb. HDP 25,8%, CHP 21,7%, İYİ Partiya 11,5% səs toplayıb. Türkiyənin Azərbaycandakı Baş Konsulluqlarında keçirilən səsvermənin nəticələrinə görə də AKP qalib gəlib.

Qeyd edək ki, Türkiyədə keçirilən prezident seçkilərində R.T.Ərdoğan qələbə qazanıb (52,6%).

Şərhlər

R-n 2018-06-25 19:28:11

СHP-21.7 ve HDP-25.8 = 47.5.Gorun Azerbaycanda PKK SİMATİZANLARI ne geder gucludur.Bu hele turk vetendashlarina aiddir...

t.ədalət 2018-06-25 19:28:11

PKK sevdalısı Demirtaşa Azərbaycanda 25,8 faiz səs verilməsi onu göstərir ki,bizdə "apoçular" çoxalıb.

vızz 2018-06-25 19:28:11

Burdakı kürdlər Ərdoğandan qorxmasaydılar səs faizini 150 (Ocalanın xeyrinə) edərdilər.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol