Menu

Misirli veteran futbolçu komandasının uduzmasına dözməyərək ölüb

25.06.2018, 23:22
Misirli veteran futbolçu komandasının uduzmasına dözməyərək ölüb

Misirin "Zamalek" klubunun keçmiş futbolçusu və kapitanı Əbdülrəhim Məhəmməd DÇ-2018-in qrup mərhələsinin son turunda keçirilən Misir-Səudiyyə Ərəbistanı matçına baxan zaman vəfat edib.

"Report" xəbər verir ki, bunu misirli jurnalist oyundan sonra keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, futbolçu səudiyyəlilərin Misirin qapısına vurduğu ikinci qoldan sonra ürək tutmasından keçinib.

Misirlilərin baş məşqçisi Ektor Kuper ötənlərin məşhur futbolçusunun vəfatı ilə bağlı başsağlığı verib.

Misir komandası hesab 1:1 olarkən 90+4-cü dəqiqədə qapısında ikinci qolu görüb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol