Azərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.
APA-nın məlumatına görə, bu, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.
Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.
Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.
Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.
Bunlar Anar Ələkbərov, Yusuf Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.


Şərhlər
Hörmətli Mehriban xanım! Siz gecə-gündüz Azərbaycanımız inkişafı və xalqımızın rifahı üçün çalışırsınız. Əfsuslar olsun ki, təyin edilmiş məmurlar öz ximətləri ilə cənab Prezidentimizin etimadını doğrultmaq əvəzinə,vətəndaşı dövlətdən narazı salırlar,şikayətə baxmırlar.Baxseydilər 2012-ci ildən ailəm məmur özbaşnalığından əzab kəçməzdi? Axırıncı dəfə elektron poçt vasitəsilə ünvanınıza (0ffice@pa.gov.az)24.04.018 və 15.05.2018 ci il tarixlərdə müraciət etmişəm,yenədə nəticəsi yoxdur? X.e.köməklik göstərin.