Menu

“Yeni məruzəçiyə dedik ki...” - Səməd Seyidov

27.06.2018, 17:27
“Yeni məruzəçiyə dedik ki...” - Səməd Seyidov

Azərbaycan Milli Məclisinin Avropa Şurası Parlament Assambleyasında (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov iyunun 26-da AŞPA-da islandiyalı Thorhildur Sunna Evarsdottirin Hüquq məsələləri və insan haqları komitəsində “Azərbaycanda siyasi məhbuslar” adlı hesabatın hazırlanması üzrə məruzəçi təyin edilməsinə münasibət bildirib.

S. Seyidov APA-nın Avropa müxbirinə açıqlamasında deyib ki, yeni məruzəçi ilə söhbətləri olub.

“Biz ona dedik ki, siz insan haqlarının müdafiəsi üçün gəlirsinizsə, xoş gəlirsiniz. İnsan haqlarından bir alət kimi istifadə edib Azərbaycana təzyiq göstərmək istəyirsinizsə, bu, mümkün olan şey deyil. Bununla bağlı mən məruzəçi ilə söhbət etmişəm. Əminəm ki, bununla bağlı işlərimizi davam etdirəcəyik”,- deyə S. Seyidov qeyd edib.

Şərhlər

EWDER. 2018-06-27 17:27:05

MOLODES, ELEYIN....AMMA SONRA SESI CIXMASIN...BEDEBETDE INKIWAFI SOX.....AMMAYAVAWDAMAQ OLMAZ

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol