Menu

Paşinyan MTX direktorunun anasını aparat rəhbəri təyin edib

27.06.2018, 22:57
Paşinyan MTX direktorunun anasını aparat rəhbəri təyin edib

Ermənistan milli təhlükəsizlik xidmətinin (MTX) direktoru Artur Vanetsyanın anası Marqarit Azaryan baş nazirin Kadrlar şöbəsi və aparatı əməkdaşları idarəsinin rəhbəri təyin edilib.“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Nikol Paşinyan sərəncam imzalayıb.

Bildirilib ki, Marqarit Azaryan Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın aparatında uyğun vəzifəni daşıyırmış.

Bir müddət əvvəl MTX-nin direktoru bildirmişdi ki, bəzi qüvvələr Nikol Paşinyanla onu hakimiyyətdən uzaqlaşdırmaq istəyirlər.

Şərhlər

EWDER 2018-06-27 22:57:54

pawinynin ANASINI hansi apparata teyin edibler,bizde...coxdu.gelsin INKIWAF eletdirek

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol