Menu

Suriya aviaşirkətləri uçuşları Azərbaycanın hava məkanından həyata keçirməyə məcbur olub

28.06.2018, 12:35
Suriya aviaşirkətləri uçuşları Azərbaycanın hava məkanından həyata keçirməyə məcbur olub

Gürcüstan Suriya aviaşirkətləri üçün hava məkanını bağlayıb.

"Report" gürcü mətbuatına istinadən xəbər verir ki, buna səbəb Suriyanın Abxaziya və Cənubi Osetiyadakı separatçı rejimlərin müstəqilliyini tanımasıdır.

Qeyd edək ki, Suriyanın 2 aviaşirkəti - "Syrian Air" и "Cham Wings" paytaxt Dəməşqdən Rusiyaya uçuşları Gürcüstan üzərindən həyata keçirirdilər. "Sakaeronaviqasiya" MMC-nin baş direktoru Qoça Mezrişvilinin sözlərinə görə, hava məkanı bağlandığına görə hazırda ərəblər Azərbaycan üzərindən uçmağa məcbur olub, bu isə uçuz vaxtını artırır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol