Menu

“İqtisadiyyatın inkişafına mane olanları edam cəzası gözləyir” - Baş prokurorun müavini

29.06.2018, 11:43
“İqtisadiyyatın inkişafına mane olanları edam cəzası gözləyir” - Baş prokurorun müavini

“İran iqtisadiyyatının inkişafına mane olanları, valyuta bazarında təbliğat aparanları edam və 20 ilədək azadlıqdan məhrum edilməyədək sərt cəza gözləyir”.

“Report” İran KİV-inə istinadən xəbər verir ki, bunu İslam Respublikası baş prokurorunun müavini Məhəmməd Müsəddiq bildirib.

O, İranın valyuta bazarında baş verənləri şərh edərkən deyib: “Düşmənin məqsədi İran iqtisadiyyatını çökdürməkdir”.

Bir müddət əvvəl İran prezidentinin müavini İshaq Cahangiri bildirmişdi ki, ABŞ Prezidenti Donald Tramp hakimiyyəti İrana qarşı iqtisadi müharibə aparır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol