Menu

"Əlillər üçün fərdi reabilitasiya proqramı təyin ediləcək" - Sahil Babayev

29.06.2018, 22:35
"Əlillər üçün fərdi reabilitasiya proqramı təyin ediləcək" - Sahil Babayev

"Hər bir əlil üçün fərdi reabilitasiya proqramı təyin olunacaq".

"Report" xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev AzTv-nin "Günün nəbzi" verilişində deyib.

O, bildirib ki, əlillər əlilliklə bağlı təyinat aldıqdan sonra onların cəmiyyətə geri qaytarılması üçün reabilitasiya proqramı təyin ediləcək: "Fərdi reabilitasiya iki hissədən ibarət olacaq: həm tibbi, həm də sosial reabilitasiya. Tibbi reabilitasiya dedikdə bu adamın xəstəliyindən irəli gələrək bərpa və reabilitasiya mərkəzlərində müvafiq kurs keçməsi və müalicə alması nəzərdə tutulur. Proses bu gün də aparılır, amma onu daha sistemli və şəffaf təqdim edəcəyik. Bütün siyahılar nazirliyin elektron səhifələrində dərc olunacaq. Hər bir əlilliyi olan şəxs prosesi veb səhifədən izləyə biləcək".

Nazir qeyd edib ki, əlillərə psixoloji-sosial yardımlar da göstəriləcək: "Eyni zamanda onlara peşə kursları, təlimləri keçiriləcək. Yəni hər bir əlilin fərdi proqramı olacaq. Bu proqram çərçivəsində onun cəmiyyətə geri qaytarılması nəzərdə tutulur".

Şərhlər

Əlosət Ağayev 2018-06-29 22:35:08

Səlim Müslimovun dövründə də, belə mərkəxlər olub.
Amma, mənim kimi rüşvət əlehdarlarına lazımi səviyyədə tibbi yardım göstərməyiblər. Elə 15 gün vaxtımı bitirib
qayıtmışam.
Məhz bu səbəndən bəri başdan bilmək istərdim görək yeni istifadəyə verilən məşğulluq mərkəzləri də, rüşvət verənlərə xidmət edəcək?, yoxsa bütün kateqoriyafan olan əlillərə?
Şəki şəhərindən, rüşvət əlehdarı olduğuna görə, uzun illər tibbi yardım almaq hüququndan məhrum edilmiş, nəticədə 7 növ xəstəliklər tapmış, 66 yaşlı hərbi xidmət əlili.

Nadir. 2018-06-29 22:35:08

Bismillahir-Rəhmanir-Rəhim
Hörmətli Sahil bəy!
Çox yaxşı olar ki, yeni nazirin yeni Hörmətli mətbuat katibi! Fazil Talıbov AzPolitka olanm ƏƏSMN-nə ayid olan məqələlərə yazılan şərhləri toplayıb Sizə çatdırsın. . Lakin açıq görünür ki,bu edilmir.Amma çox lazımlıdır! , Yeri gəlmişkən,onu da deyim ki ,Sizin nazirlik “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının 2015-ci il 30 sentyabr tarixli 1308-IVQ nömrəli Qanununun çox pis icra olunur.( Xüsüsi ilə qanunun: Elektron kargüzarlıq və 2.1.2. müraciətlərin baxılması və onların cavablandırılması).Belə ki, mənim Nərimanov rayon şöbəsinə e-poçtla müraciyətimdən bir il keçib.Baxmayaq ki,xahiş etmişdim e-poçtla cavab versinlər.Cavab yoxdur.Onlardan bir saxta cavab aldim.Bu saxta cavabi ƏƏSMN-nə göndərdim.Mən dəhşətə gəldim ki, indiyə kimi araşdıran və soruşan yoxdur, saxtaçarlıq nədən ibarətdir?
Hər halda,Sizin nazir işlədiyiiz bu qısa vaxtda istəsəydiniz , sözsüz yxarda deylənləri və kargüzarlıq sahəsində süründürməçiliyə son qoya bilərdiniz. Lütfikarlıqı yarada bilərdiniz. Amma baxın ki, bu sahədə nələr baş verir? Bu məsələyə müdaxilə etmək bir başa Sizin vəzifənizdir.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol