«AzPolitika.info»-nun xarici KİV-ə istinadla verdiyi xəbərə görə, Türkiyə məhkəməsi kürd əsilli Almanialı müğənni Səidə İnaçın həbs olunması barədə qərar qəbul edib. Onu ötən həftə Türkiyənin şimal-qərbindəki Ədirnə əyalətində saxlayıblar. Bu barədə xəbəri «Hürriyət» qəzeti yayıb.
Hoza Canə ləqəbi ilə çıxış edən İnaç Ədirnəyə PKK-ya yaxın kürdlərin və ermənilərin qurduğu «Xalqların Demokratik Partiyası»nın (HDP) seçkiqabağı kompaniyasında iştirak etmək məqsədilə gəlib. Ona qarşı «sosial şəbəkələrdə terrorçu təşkilatın təbliğatını yaymaq» ittihamı irəli sürülüb. O, sosial şəbəkələrdə terrorçu PKK üzvləri ilə çəkdirdiyi şəkilləri yayıb.
Məlum olduğu kimi, PKK terrorçu təşkilatdır və ölkədə onun fəaliyyətini qadağan edilib.


Şərhlər