Menu

"S&P" Türkiyənin milli şkala üzrə uzunmüddətli reytinqini yüksəldib

30.06.2018, 12:34
"S&P" Türkiyənin milli şkala üzrə uzunmüddətli reytinqini yüksəldib

"S&P Global Ratings" beynəlxalq agentliyi Türkiyənin milli şkala üzrə uzunmüddətli reytinqini yüksəldilməsi barədə qərar qəbul edib. "Report"un "Anadolu"ya istinadən verdiyi məlumata görə, Türkiyənin müvafiq reytinqi "trAA" səviyyəsindən "trAAA" səviyyəsinədək qaldırılıb.

Qısamüddətli reytinq isə "trA-1"-dən "trA-1+"dək yüksəldilib.

Bu da Türkiyənin borc öhdəliklərini yerinə yetirə biləcəyinin göstəricisidir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol