Menu

Misirdə avtobus aşıb: 3 nəfər ölüb, 23-ü yaralanıb

30.06.2018, 23:39
Misirdə avtobus aşıb: 3 nəfər ölüb, 23-ü yaralanıb

Misirdə avtobusun iştirakı ilə ağır yol qəzası baş verib.Trend-in yerli KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 3 yerli sakin ölüb, daha 23-ü isə yaralanıb.

Qeyd olunur ki, avtobus sürücüsü idarəetməni itirib və avtobus sürətli avtomobil yolunda aşıb. Yaralıları çıxarmaq və yolu kəsən avtobusu kənara çəkmək üçün polis magistralı bağlamağa məcbur olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol