Menu

Qoşunlar əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir - VİDEO

02.07.2018, 16:34
Qoşunlar əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir - VİDEO

Genişmiqyaslı təlimlərin planına əsasən həyəcan siqnalı ilə qaldırılan qoşunlar, komanda idarəetmə məntəqələri, döyüş və ehtiyat hərbi hissələri əməliyyat təyinatı rayonları istiqamətində hərəkət edir.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, qoşunların yerdəyişməsi tələblərə uyğun olaraq gizli və operativ şəkildə həyata keçirilir. Şəxsi heyətin və hərbi texnikanın bütün hərəkəti komendant xidməti tərəfindən tənzimlənir.

Təlimin hazırkı mərhələsinin şərtlərinə uyğun olaraq qoşunlar döyüş əməliyyatlarına hazırlıq üzrə planlı işlər yerinə yetirirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol