Menu

Sarqsyanın səfir qardaşı və onun övladları maliyyə fırıldağında ittiham olunurlar

02.07.2018, 17:15
Sarqsyanın səfir qardaşı və onun övladları maliyyə fırıldağında ittiham olunurlar

Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın qardaşı, ölkənin xüsusi məsələlər üzrə səfiri Lev Sarqsyan və övladları qanunsuz olaraq 6,8 milyon dolları müvafiq qurumlardan gizlətməkdə şübhəli bilinirlər.

“Report” Ermənistan KİV-inə istinadən xəbər verir ki, məlumatı ölkənin Xüsusi İstintaq Xidmətinin mətbuat katibliyi yayıb.

İttiham aktında qeyd olunub ki, L.Sarqsyan, onun oğlu Narek və qızı Ani cinayət əməlində şübhəli bilinirlər. “C-el-C layihə şirkəti” Səhmdar Cəmiyyətinin ofisində aparılan axtarış nəticəsində müəyyən olunub ki, 2017-ci ilin ikinci yarısında onların adına Ermənistan banklarından biri pul köçürüb. Onlar bu məbləği vergi bəyannaməsində göstərməyiblər.

Hüquq-mühafizə orqanları Lev, Narek və Ani Sarqsyanların şəhərdən çıxışana qadağa qoyub. Onların dilindən paytaxt Yerevanı tərk etməmək barədə iltizam alınıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol