Menu

«Kompüter asılılığı ümumdünya probleminə çevrilib» - Rusiyanın təhsil naziri

02.07.2018, 17:40
«Kompüter asılılığı ümumdünya probleminə çevrilib»  - Rusiyanın təhsil naziri

«AzPolitika.info»-nun Rusiya KİV-nə istinadla verdiyi xəbərə görə, bu ölkənin təhsil naziri Olqa Vasilyeva hesab edir ki, kompüter asılılığı artıq ümumdünya probleminə çevrilib və daim «qajet»lərdən istifadə inkişafa mane olur.

«Bu «qajet»lərdə yaşamaq qabiliyyəti bir çox sahələrə və həm də irəliləməyə mane olur... Bu, kompüterə bağlılıqdır və ümumdünya probleminə çevrilməyə başlayıb... » - deyə, Vasilyeva «Spas» telekanalına müsahibəsində bildirib.

Nazir həm də Avropa ölkələrindəki məhdudlaşdırıcı tədbirlərdən misal gətirib: «Baxın, Avropa ölkələri buna kifayət qədər sərt yanaşır. Tutaq ki, Fransa danışır... məktəblərdə mobil telefonların qadağan olunmasından danışır.

Almaniyanın bəzi yerlərində uşaqlara 8 yaşına qədər həmin telefonlardan istifadə qadağan olunur, Avstriya sistemi və s.» - deyə, Vasilyeva fikrini tamamlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol