Ukrayna ordusunun Lisiçansk kəndinə girdiyi deyilir
Ukraynada Donetsk ətrafında döyüşlər qızışmağa başlayıb.
ANS PRESS-in məlumatına görə, Ukrayna ordusu Donetsk və şəhər ətrafını artileriya və hava atəşinə tutub.
Ukrayna ordusu müqaviməti sındırıb Lisiçansk kəndinə girdiklərini bildirsələr də, döyüşlərdə kimin üstünlük təşkil etdiyinə qərar vermək çətindir.
Verilən məlumata görə aviazərbələr zamanı mülki binalara da ziyan dəyib. Ölən və yaralılar barədə xəbər verilmir.


Şərhlər