Menu

Gəncənin deputatı Elmar Vəliyevin güllələnməsindən danışdı – “Bütün gəncəlilər...”

04.07.2018, 14:34
Gəncənin deputatı Elmar Vəliyevin güllələnməsindən danışdı – “Bütün gəncəlilər...”

“Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və onun cangüdəninə edilən silahlı hücum cinayət hadisəsidir. Gəncə Şəhər İcra Hakimiyyəti və respublikanın hüquq-mühafizə orqanları bu barədə rəsmi açıqlama veriblər. Allaha şükür ki, salamatçılıqdır. Elmar müəllimin səhhəti normaldır və inşallah, tezliklə işinin başına dönəcək”.

Bunu Modern.az-a açıqlamasında Gəncə şəhərinin deputatı Musa Quliyev icra başçısına qarşı sui-qəsdə münasibət bildirərkən deyib.

Deputat bildirib ki, bütün gəncəlilər bu çirkin əməli pisləyir: “Həkimlərin məlumatına görə, cangüdən Qasım Aşbazovun da yarası həyat üçün təhlükəli deyil, müalicəsi Gəncə Klinik Mərkəzdə aparılır. Bu cinayət hadisəsi və vəzifəli şəxsə qarşı sui-qəsddir. İstintaq sui-qəsdin motivini və digər xüsusatlarını araşdırır. Bəzi saytlarda və sosial şəbəklərdə yayılan şayiələrin heç bir əsası yoxdur. Bütün gəncəlilər və ölkə ictimaiyyəti bu çirkin cinayət əməlini pisləyir. Elmar müəllim işlədiyi dövrdə Gəncədə olduqca böyük quruculuq-abadlıq işləri aparılmış, şəhərin ictimai, mədəni, sosial həyatı özünün yeni intibah mərhələsinə qədəm qoymuş, Gəncə respublika və beynəlxalq əhəmiyyətli onlarca layihəyə evsahibliyi etmişdir. Elmar müəllimə can sağlığı və yeni uğurlar arzulayıram”.

Xatırladaq ki, dünən axşam Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı silahlı hücum olub. Rəsmi məlumata görə, Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazov İcra Hakimiyyətinin inzibati binasının qarşısında odlu silahdan açılan atəş nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.

Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin Mətbuat Xidmətlərindən Modern.az-a daxil olan məlumata görə, cinayəti törədən 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərksilah edilib.

Şərhlər

Talıbov Tariyel 2018-07-04 14:34:28

http://www.unikal.org/w161361.html
https://milletinsesi.info/?view=article&id=11652&dil=az
https://www.bizimyol.info/news/2103.html

senan 2018-07-04 14:34:28

Q.Həsənquluyevin dediyi kimi yaltaqlığa qarşı da cinayət tətbiq olunmalıdı

EWDER 2018-07-04 14:34:28

ESAS INKIWAFDU.NE ANALOQU VAR.NE DE ATALOQU.MUSAYADA WEREF ORDENI VERUN GETSUN.... DALIYCAN

Arif 2018-07-04 14:34:28

Açığı İ.başcisi sağdı deyin ona xoş ğelsin deyin bele danışır , eksine olsaydı, başqa cur danışacaydı bu Musa bey bunlar orda oturub xalqı fikirlesmirler, fikirleşirler ki,hansı hadiseden özleri üçün nece xal yigsinlar! Bu Musada onlardan biridi harda âş orda ğuya baş bilendi!Sadece olaraq onun"KOZURU" Urutludan olmağıdı ! Belede ğetmez,,,Genceni sefaldte çevirib , Bakıda oturub , Gencenin adından danışmaq insanda bir ğulunc dogurur! Musa muellim!






Cabir 2018-07-04 14:34:28

Bu Musanin Ğenceden xeberi yoxdu !!! Nağıl danışır !!!Gencenin libasini düzdür deyişib Azərbaycanın basqa yerlərdə olduğu kimi!!!Ancaq indi Gence xalqı 90/& səfalət içinde yaşayır !!! Bir qonşu Moskvadan Gəlib deyir belede şey olar bezdim ,o gəlir,50 man ver,bu gəlir 30 man,ne qədər pul paylamaq olar, qaçım çıxım ğedim !!! Gənce bu vəziyyətdədi hörmətli Ğenceden təyin olunmuş Musa Urutlu!!!



sual 2018-07-04 14:34:28

doktor demisdi yalniz musik ona dərmandir hə?

Amil 2018-07-04 14:34:28

Deputat Elmarım kim olduğunu bütün əhali bilir. O sağ qalsa cinayətə cəlb olinmalıdır. Bir oxu gör əhali nələr yazır,necə lənətləyirlər onu.

AYZEK 2018-07-04 14:34:28

BU ELMAR İMAM ÖVLADIDIRSA HAMİLƏ QADINI NİYƏ TƏHQİR EDİR?

İ.Mustafaoğlu 2018-07-04 14:34:28

Deputat Musa Quliyev xalqın elçisi kimi vaxtaşırı öz seçiciləri ilə görüşseydi bu cinayət hadisəsi baş verməzdi.Bütün məmurlar boğazdan yuxarı danışır,dövlətini,xalqını və öz rəhbərini qəlbən sevən məmur vətəndaşa ləyaqətlə xidmət etməli,ei-obasının örmətini qazanmalıdır. Musa Quliyev yaxşı bilir ki,xalq onu seçməyib,təyin olunub,ona görədə xalqın dərdini aidiyyatı üzrə Rəhbərə çatdırmır.Cənab Prezident Sizin təyin etdiyiniz məmurlar öz xidmətləri ilə Sizin etimadınızı doğrultmaq əvəzinə,vətəndaşı dövlətdən

--- 2018-07-04 14:34:28

Hamı öləcək də. Tez ya gec.

çina 2018-07-04 14:34:28

bu nə sarsaqlayır?özü öz dediyinə inanır?nə quruculuq ?camaat ac və

işsizdir!başınıza dəysin sizin quruculuğunuz!gözünü aç və yutubdakı şərhlərə bax!

omer 2018-07-04 14:34:28

Cenab deputad hami bu hadiseni qinayir .amma buna getiren sebeb olub.onu insanlarin bilmeye haqqi var..ele beleden bele hadise olmur..yarali ne edib?bundan sonra iwine qayitmaga menevi haqqi varmi..?elbetdeki butun bunlara Ramiz muellim qiymet verecek..amma heaiqeti gencelilerde bilmelidir

Das 2018-07-04 14:34:28

Yalancının .......

Rəhim Qaziyev 2018-07-04 14:34:28

Musa Quliyev,həmişə yalan,boğazdan yuxarı danışıb,saxtakarlıq etdiyiniz üçün bu günki faciələr baş verir. düşünürsənsə ki,heç kimin, GƏncə əhalisinin Elmar Vəliyevə qarşı olan son dərəcə qəzəbli və mənfi münasibətindən xəbəri yoxdur(!),çox böyük səhv edirsən.Gəncə icra hakiminə qarşı törədilən bu qanli olaydan,Prezident demiş,harın,qudurğan məmurlar və onların harın,qudurğan ətrafı ə məlli başlı düşünüb,əsaslı nəticə çixarmalıdırlar,yoxsa,gələcəkdə daha ağır və qanlı faciələr baş verə bilr!!!





,

ABDULQADIR 2018-07-04 14:34:28

,,Bu cinayet hadisesidir,, cenab gencelilerin shecmediyi,hetta kimliyini
bele bilmediyi teyin olunmush duputat.Ancaq ölkenin servetlerini menimsemek,büdce talanchiligi,harinliq,qudurganliq ve s.sizlerin qanunlariyla tenzim ve teqdir olunan ,,edaletdir,,.

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol