İngiltərəyə uduzan komandaya evə dönməmək məsləhət görülür
“AzPolitika.info” xarici mətbuata istinadla bildirir ki, DÇ-2018-in 8/1 finalında İngiltərə millisinə məğlub olaraq, çempionatla vidalaşan Kolumbiya yığmasının üzvləri öz həmvətənlərindən çoxlu sayda hədə-qorxu mesajları alıblar. Xüsusilə matç sonrası penaltiləri vura bilməyən Mateus Uribe və Karlos Bakkanın ünvanına saysız-hesabsız ölüm təhdidləri gəlməkdədir.
Futbolçulara hədə-qorxu gələnlər onlara vətənə dönməmələrini məsləhət bilirlər. Əks halda onları da vaxtilə Kolumbiya yığmasının müdafiəçisi olmuş Andres Eskobarın taleyi gözləyə bilər. Xatırladaq ki, A.Eskobar 1994-cü ildə ABŞ-da keçirilən Dünya Çempionatında ev sahibləri ilə oyun zamanı avtoqola imza atmışdı. Bu səbəbdən komanda qrupdan çıxa bilməmişdi. Həmin vaxt A.Eskobarı vətənə dönən kimi güllələmişdilər. Bildirilir ki, ona 6 güllə vuran azarkeş U.Munyos hər gülləni vuranda ucadan “qol” deyirmiş.
Bu vəziyyət komanda üzvlərinin ciddi narahatçılığına səbəb olub. Nəzrə alsaq ki, Kolumbiya dünyanın ən kriminal ölkələrindəndir, komanda üzvlərinin narahatlığı başadüşüləndir.


Şərhlər