Menu

Rusiya Naxçıvan MTN-in keçmiş işçisini Azərbaycana verir

02.09.2013, 18:11
Rusiya Naxçıvan MTN-in keçmiş işçisini Azərbaycana verir

Yaroslav vilayət məhkəməsi İbrahim Musayevin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib

Bu gün Yaroslav vilayət məhkəməsi Yuri Zuyevin sədrliyi ilə Naxçıvan Muxtar Respublikasının Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı İbrahim Musayevin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib, xəbəri “Kavkazski uzel” yayıb.

Naxçıvan hakimiyyətinin Türkiyədə kürd terrorçularına silah ixracı ilə m əşğul olduğunu bəyan edən Musayev Azərbaycanda fırıldaqçılıqda ittiham olunur, bu barədə Musayevin vəkili bildirib.

İbrahim Musayev Naxçıvandan Türkiyəyə müntəzəm olaraq kürd terrorçuları üçün döyüş sursatları və silah daşıyan nəqliyyat göndərilməsinə aid dəlilləri olduğunu, habelə İranın xeyrinə casusluqda şübhəli bilinərək saxlanılan Turac Zeynalovun Naxçıvan MTN-də öldürüldüyünü bildirir.

31 yaşlı Turac Zeynalovun doğmaları onun 24 avqust 2011-ci ildə dövləyə xəyanət ittihamı ilə həbs edildiyini və dörd gün sonra NMR MTN-də məruz qaldığı işgəncələr nəticəsində öldüyünü bildiriblər.

Bu idarə Zeynalovun öldüyünü etiraf edib, lakin işgəncələri inkar edib. Doğmalarına verilmiş tibbi arayışa əsasən, Zeynalov “ağ ciyər arteriyası trombundan” ölüb, amma sonradan NMR MTN KİV üçün məlumatla çıxış edərək, Zeynalovun xərçəng xəstəliyi nəticəsində öldüyünü bəyan edib.

Musayevin sözlərinə görə, MNR nazirliyində ona Zeynalovun həyat yoldaşını rüsvay etmək tapşırığı verilib və o, onunla sevgi münasibətləri quraraq bunu edib. Daha sonra gənc qadın şantaj yolu ilə kamera qarşısında ərinin xərçəng xəstəsi olduğunu və bu səbəbdən öldüyünü deməyə məcbur ediblər. Lakin bir müddət sonra qadın MTN rəhbəri Vəli Əsgərova zəng edib və nazirlik əməkdaşının onu şantaj etdiyini və indi jurnalsitlərə və hüquq müdafiəçilərinə həqiqəti deyəcəyini bildirib. Musayevin sözlərinə görə, həmin vaxt ona Zeynalovanı öldürməyi əmr ediblər, lakin o, bundan imtina edib və Azərbaycandan qaçıb.

Bundan əvvəl ona Naxçıvan hakimiyyətinin qanunsuz hərəkətlərini ifşa edən hüquq müdafiəçiləri Nəsibovlar ailəsini nüfuzdan salmaq əmr olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol