İyulun 5-də “İstək” liseyinin təsisçisi bu təhsil müəssisəsinin fəaliyyətinin dayandırılması ilə bağlı qərarın qəbul edilməsi barədə Təhsil Nazirliyinə müraciət edib.
Nazirlikdən APA-ya verilən məlumata görə, müraciətdə “İstək” liseyində çalışan pedaqoji heyətin digər təhsil müəssisələrində işlə təmin edilməsi və şagirdlərin təhsillərinin digər ümumi təhsil müəssisələrində davam etdirməsinə köməklik göstərilməsi məsələləri əksini tapıb.
“Təsisçinin müraciəti əsasında Təhsil Nazirliyi tərəfindən “İstək” liseyinin şagirdlərinin və pedaqoji heyətin ölkəmizin təhsil müəssisələrində yerləşdirilməsi məqsədilə İşçi qrup yaradılıb və prosesin normal gedişini təmin etmək üçün müvafiq hazırlıq işlərinə başlanılıb. Təhsil Nazirliyi “İstək” liseyində təhsil alan şagirdlərin və onların valideynlərinin diqqətinə çatdırır ki, şagirdlərin seçimi əsasında müvafiq təhsil müəssisələrində təhsillərinin davam etdirməsi, eləcə də bu məktəblərdə çalışan pedaqoji heyətin istəyindən asılı olaraq digər təhsil müəssisələrində yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq”, - deyə məlumatda qeyd edilib.


Şərhlər
İstək Liseyində şagirdlərə günün tələbləri səviyyəsində dərslər tədris olunurdu..O məktəbi bitirənlər istədikləri ali məktəbə qəbul olunmaq şansını əldə edirdi,dövlətimizə və xalqımıza sədaqətli bir övlad kimi yetişirdi. Respublikamızda belə bir Tədris ocağının bağlanması təəccüb doğurur..
Yüksək səviyyəli Tədris ocağının bağlanmasının qarşısını almaq məqsədi üçün cənab Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım öz son sözlərini deyəcəkdir ?
liseylərin hamısı "İdrak" və onunkular olmalıdır