Menu

Avropanın ən yaşlı qadını 116 yaşında vəfat edib

09.07.2018, 00:06
Avropanın ən yaşlı qadını 116 yaşında vəfat edib

İtaliyada Avropanın ən yaşlı qadını Cuzeppina Procetto dünyasını dəyişib.

APA-nın ANSA agentliyinə istinadla verdiyi xəbərə görə, 116 yaşlı qadın qitənin ən yaşlı qadını hesab edilirdi.

Onun hansı səbəbdən öldüyü barədə məlumat verilmir. Bildirilir ki, C.Procetto 117 yaşlı Yaponiya vətəndaşı Çixo Miyakidən sonra dünyanın ikinci ən yaşlı insanı idi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol