Menu

"Roma" klubu qapıçı transfer edib

09.07.2018, 19:39
"Roma" klubu qapıçı transfer edib

İtaliyanın "Roma" klubu heyətinə yeni qapıçı cəlb edib.

"Report" klubun Mətbuat xidmətinə istinadən xəbər verir ki, paytaxt təmsilçisi Braziliyanın "Palmeyras" klubunun qapıçısı Daniel Fusatunu heyətinə qatıb.

İtaliya təmsilçisi 21 yaşlı braziliyalı qolkiperin təqdimatını qeyri-adi şəkildə edib. Belə ki, klubun rəsmi "Twitter" səhifəsində Fusatunun fotoşopla hazırlanmış fotosu dərc olunub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol