İyulun 9-dan 10-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, müvafiq dövrdə respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 107 cinayət faktı qeydə alınıb, onların da 19-u “isti izlər”lə açılıb.
Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 18 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 3 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa, respublikanın avtomobil yollarında 5 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 7 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 8, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.


Şərhlər