Menu

İran ABŞ sanksiyasına qarşı neft ixracını artırmaq niyyətindədir

10.07.2018, 16:46
İran ABŞ sanksiyasına qarşı neft ixracını artırmaq niyyətindədir

ABŞ-ın sanksiyalarına cavab olaraq İran neft ixracının həcmini maksimuma çatdıracaq.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə İranın I vitse-prezidenti İshaq Cahangiri bildirib.

“Düşmən bizim məhsulların (neft, polad, mis) ixracını tam dayandırmaq istəyir. ABŞ-ın sanksiyasının cavabında biz neft ixracını maksimuma çatdırmaq niyyətindəyik. Çətinləşən vəziyyətdə poladın da istehsalını və ixracını artırmaq məqsədəuyğundur”,- o bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol