Menu

Xəzər dənizində çimərkən 28 yaşlı gənc boğulub

11.07.2018, 21:08
Xəzər dənizində çimərkən 28 yaşlı gənc boğulub

Xəzər dənizində 28 yaşlı gənc boğulub.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə Xəzər dənizinin Sumqayıt şəhəri sahilində - Novxanı çimərliyində baş verib.

Belə ki, Sumqayıt şəhər sakini, 2000-ci il təvəllüdlü Cabir Bəhruz oğlu Şanıyev dənizdə çimərkən boğulub. Şahidlərin sözlərinə görə, o, çimərkən qadağanedici tələblərə baxmayaraq, daha uzağa doğru üzüb. Nəticədə köməksiz vəziyyətdə boğularaq ölüb. Onun meyiti Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol