Menu

Ronaldo "Yuventus"dan əvvəl "Napoli"yə keçməyi planlaşdırıb

15.07.2018, 11:16
Ronaldo "Yuventus"dan əvvəl "Napoli"yə keçməyi planlaşdırıb

İtaliyanın "Yuventus" klubunun yeni transferi olan Kriştiano Ronaldo Turin komandasından əvvəl "Napoli"yə keçməyi planlaşdırıb.

“Report” xəbər verir ki, bunu jurnalist Karlo Alvinoya istinadən "Football Italia" yazıb.

Bildirilir ki, portuqaliyalı hücumçu əvvəlcə Neapol klubuna keçmək fikrində olub, lakin komanda rəhbərliyi yüksək maliyyə xərcləri səbəbindən bu transferi həyata keçirməkdən imtina edib.

"Napoli"nin baş məşqçisi Karlo Ançelottidir. Ronaldo 2013-2015-ci illərdə "Real"da onun rəhbərliyi altında çıxış edib.

"Yuventus" portuqaliyalı üçün ehtiyat variant olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol