Menu

Argentina futbol millisinin baş məşqçisi ilə müqaviləyə xitam verilib

15.07.2018, 12:55
Argentina futbol millisinin baş məşqçisi ilə müqaviləyə xitam verilib

Argentina Futbol Assosiasiyasının (AFA) rəhbərliyi yığma komandanın baş məşqçisi Xorxe Sampaoli ilə əməkdaşlığın vaxtından əvvəl dayandırılması barədə razılıq əldə edib.

“Report” TASS-a istinadla xəbər verir ki, bu barədə "Ole" nəşri yazıb.

Bildirilir ki, AFA nümayəndələri Sampaolinin vəkili ilə danışıqlar aparıb və nəticədə müqavilənin pozulması barədə razılıq əldə olunub.

AFA-nin mütəxəssisə ödəyəcəyi dəbbə pulu isə 2 milyon dollar təşkil edəcək. Sampaolinin komandadan gedəcəyi tarix açıqlanmır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol