Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Bakının Nəsimi rayonu ərazisindən keçən Cəlil Məmmədquluzadə küçəsində yolun çökmüş hissəsinin bərpasına başlayıb.Hazırda bərpa işləri ilə əlaqədar olaraq əraziya texnika və asfalt örtüyünün bərpası üçün zəruri olan materiallar gətirilib.
Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bir az əvvəl çökmə barədə məlumat verərkən ilkin səbəb kimi metro tikintisini göstərib. O bildirib ki, çökmə 2-3 metr dərinlikdə və təqribən 150 kv.m sahədə baş verib. Dərhal əraziyə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları cəlb olunub: “İlkin ehtimala görə, çökməyə səbəb yaxınlıqda aparılan metro tikintisidir. Hazırda əraziyə Dövlət Agentliyinin və aidiyyəti qurumların əməkdaşları tərəfindən baxış keçirilir, çökmənin səbəbləri araşdırılır və fəsadların aradan qaldırılması istiqamətində addımlar atılır”.
O qeyd edib ki, metropoliten əməkdaşları ərazidə olub: “Dərhal əməkdaşlarımız hadisə yerində olub. Çökmənin metro tikintisilə bağlı olmadığı müəyyənləşib”.
B.Məmmədov çökmənin metro tikintisilə əlaqələndirilməsinin qəribə göründüyünü vurğulayıb : "Hadisə yerində zəruri tədbirlər görülür. Ümid edirəm ki, hadisənin dəqiq olaraq hansı səbəbdən baş verdiyi müəyyənləşdiriləcək."
Ekspertlərin fikrincə, baş verən çökmə yol tikintisinin keyfiyyətsiz aparılması ilə bağlıdır. Mümkündür ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi korrupsiya faktlarını gizlətmək üçün, çökməni başqa qurumların üzərinə atmağa çalışır. “Bakı Metropoliteni” QSC-dən dərhal təkzin gəldiyindən, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi yeni bəhanə axtarmalı olacaq. Bəlkə də axtarmayacaq. Onsuz da buna görə kimsə onlardan hesabat təkləb etməyəcək. Milyonlar ayrılıb (xərclənib yox ha... - red.) çəkilən yol, "qeyri-müəyyən səbəbdən" çökdüyü üçün milyonlar ayrılıb təmir olunacaq. Dövlətin milyonları beləcə "yeyiləcək", heç kim də məsuliyyət daşımayacaq. BərəkAllah!
AzPolitika.info


Şərhlər
INKIWAF EDIB,COKUB...ESAS ODURKI,NEZARETDEDILER....KEYF ELEYIN
Besdırınde bu nedı axı