Menu

Nazirlik çimərliklərə gedən sakinləri ehtiyatlı olmağa çağırıb

15.07.2018, 19:01
Nazirlik çimərliklərə gedən sakinləri ehtiyatlı olmağa çağırıb

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti iyunun 16-da gözlənilən hava şəraiti ilə əlaqədar olaraq sakinlərə xəbərdarlıq edib. Departamentdən "Report"a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava yağmursuz olacaq, arabir güclənən şimal-qərb küləyi əsəcək.

"Abşeron yarımadasının şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 25-26° isti olacaq. Cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) də şimal-qərb küləyi arabir güclənəcək. Dəniz suyunun temperaturu 26-27° isti təşkil edəcək. Arabir güclənən şimal-qərb küləyi ilə əlaqədar çimərliklərə üz tutanlar ehtiyatlı olmalıdırlar", - deyə məlumatda bildirilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol