Menu

"Liverpul"dan "Roma"ya 70 milyonluq təklif

17.07.2018, 22:48
"Liverpul"dan "Roma"ya 70 milyonluq təklif

“Roma”nın qapıçısı Alisson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Qol.az-ın İtaliya mətbuatına istinadən yaydığı xəbərə görə, braziliyalı qolkiper “Liverpul”a keçməyə yaxındır.

“Mersisaydlılar”ın 26 yaşlı qapıçı üçün “Roma”ya 70 milyon avro təklif etdiyi iddia olunur. Alissonun da İngiltərədə oynamağa yaxşı baxdığı bildirilir.

Qeyd edək ki, Braziliya millisinin əsas qapıçısı 2016-cı ildən “Roma”da çıxış edir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol