Bu il Azərbaycana könüllü qayıdan azərbaycanlıların sayı açıqlanıb.
Trend-in məlumatına görə, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Dövlət Miqrasiya Xidmətinin bu ilin 6 aylıq fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirində bildirib ki, hesabat dövründə xarici ölkələrdə qeyri-müəyyən vəziyyətdə yaşayan Azərbaycan vətəndaşlarının readmisiyası ilə bağlı 640 şəxs barədə 322 sorğu daxil olub.
Onun sözlərinə görə, bu il Azərbaycanın 206 vətəndaşının readmisiyası, yəni ölkəyə qayıtması həyata keçirilib.


Şərhlər