Menu

İstanbulda antiterror əməliyyatı - Daha bir təhlükəli terrorçu tutuldu

19.07.2018, 22:22
İstanbulda antiterror əməliyyatı - Daha bir təhlükəli terrorçu tutuldu

Türkiyənin təhlükəsizlik qüvvələrinin İstanbul şəhərində keçirdiyi antiterror əməliyyatı nəticəsində axtarışda olan daha bir təhlükəli terrorçu tutulub.

Həbs olunan Meryəm Özsöğüt DHKP/C terror təşkilatının rəhbər şəxslərindən sayılır.

Onunla birlikdə daha iki şəxsin şübhəli qismində saxlanıldığı bildirilir.

Terrorçunun tutulduğu evdən tapança, çoxlu sayda patron, terrorçuluqda istifadə olunan digər ləvazimat və ədəbiyyat ələ keçirilib/Axar.az

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol