Menu

OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyyətə başlaya bilər

20.07.2018, 17:11
OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyyətə başlaya bilər

Gələn il yanvarın 1-dən OPEC+ platforması əsasında yeni təşkilat fəaliyyyətə başlaya bilər.

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Rusiyanın energetika naziri Aleksandr Novak deyib.

Onun sözlərinə görə, təşkilat neft hasilatının tənzimlənməsi, ehtiyac olduqda onun həcminin azaldılması funksiyalarına malik olacaq.

A. Novak əlavə edib ki, yeni təşkilatın mexanizmləri, mümkün adı və baş qərargahının yeri OPEC+ ölkələrinin energetika nazirlərinin növbəti görüşündə müzakirə olunacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol