GƏNCƏ HADİSƏLƏRİLƏ BAĞLI DAHA 8 NƏFƏR HƏBS OLUNDU - 1 nəfər öldürülüb + FOTO

İyulun 3-də və 10-da Gəncə şəhərində törədilmiş cinayət hadisələri ilə əlaqədar birgə həyata keçirilmiş intensiv və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində daha 8 nəfər tutularaq barələrində həbs qətimkan tədbiri seçilib.

Bu barədə Respublika Baş Prokurorluğunun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə yaydığı məlumatda bildirilib.

Cinayət işi üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə təqsirləndirilən şəxs qismində axtarışda olan, Gəncə şəhərində ağır cinayət əməlləri törətmiş mütəşəkkil qrupun fəal üzvlərindən biri, Yunis Səfərovla yaxın münasibətlərdə olan və əvvəllər məhkum olunmuş Bağırov Anar İslam oğlunun iyulun 20-də Binəqədi rayonu, Xocəsən qəsəbəsində gizləndiyi yer müəyyən edilib.

A.Bağırovun tərkisilah olunması və saxlanılması üzrə Dövlət Təhlükəsizlik Xidmətinin xüsusi əməliyyat qrupu tərəfindən keçirilmiş əməliyyat tədbirləri zamanı o, silahlı müqavimət göstərərəkən cavab tədbiri olaraq məhv edilib. Hadisə yeri və meyitə baxış zamanı A.Bağırovun üzərindən 1 ədəd “Makarov” tipli tapança və həmin silaha dair sursat aşkar edilərək maddi sübut kimi götürülüb.

Hazırda cinayəti törətmiş şəxslərin dairəsinin tam müəyyənləşdirilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri əməliyyat-axtarış tədbirləri davam etdirilir.

635x100

Şərhlər

Arif 2018-07-21 13:52:52

Harınlamış məmurları həbs etmək lazımdır . Hər etiraz edəni türməyə bassan,ya sürgün etsən biri düz söz danışanda radikal terrorçu kimi onu qələmə vermək və bunun üçün çirkin oyun qurmaq bunun axırı yaxşı olmaz. Millətin pulundan yeyib o qədər piylənmiю ьэьгк мфк ki, artıq piy gözünü örtüb heç nə görmür. Bu millət nə pislik edib ki millətin qanını belə içmək istəyirlər? ...bu ölkəni dağıadan dağıdıcı məmurlarıdı.... İndi ölkədə bir problem var dövləti xalqın pulu talanır və məmurlar çox harınlayıb nəzarətdən çıxıblar,onlar üçün qanun qayda yoxdur. ....

) 2018-07-21 13:52:52

G.m-ye yazana-ya guya sen zorsan? Düz deyir de bu cinayetkar kimise öldürse deyeceksen ki dövlet hara baxır. Bu kuklalarda heç bir melumat olmur 3-5 manat narkotik pulu alıb düşürler ortalığa.

G..M-ya 2018-07-21 13:52:52

Huquq-muhafize orqanlarinin emekdashlari gozlemelidirler ki bunlar onlari vursunlar.Muqavimet gosteren cineyetkar derhal mehv edilmelidir.

ilqar 2018-07-21 13:52:52

salam dostum

G.M 2018-07-21 13:52:52

Öldürülən hər bir cinayətkar,açılması vacib olan daha təhlükəli ciayət sirlərinin bağlı qalmasına rəvac verir...qardaşlar,cinayətkarı yox,cinayəti törədən səbəbləri məhv edin.

G.M-Ə yazana 2018-07-21 13:52:52

Yazdığınızın fərqinə varın....

Son yazılar